Ru
14:03 / 14 Noyabr 2018

Bu məmurlar kommunal xərcləri niyə ödəmir? - 4 MİLYON BORC

10546
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinə görə 3,9 milyon manat kreditor borcu yaranıb. 


BakuPost-un məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda əksini tapıb. 

 

Büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98 faizini ödəyib. 


Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə  nisbətən 3,2 faiz artaraq 198,1 milyon manata çatıb. İstehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil edib.


Nərmin

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər