Ru
15:27 / 18 Yanvar 2018

Dünya bu ata-ananın iyrənc əməlindən danışır - 13 uşağı zəncirdə saxlayıblar

1570
ABŞ-da çoxuşaqlı valideynlərin etdiyi hərəkət hamını şoka salıb.


"BakuPost” xarici KİV-ə istinadən xəbər verir ki, onların əməllərinin üstü ailənin 17 yaşlı qızının 911 xidmətinə zəngindən sonra açılıb.


Belə ki, yanvarın 15-i Turpin ailəsinin 17 yaşlı qızı 911 xidmətinə zəng edərək kömək istəyib. O bildirib ki, evdən qaçıb, amma qalan 12 bacı-qardaşı evdə zəncirlənmiş haldadır.


Polis şerifi Qreq Fellousun bildiridiyinə görə, uşaq polis bölməsinə gətirilib. Qız sübut kimi polisə fotolar göstərib. Fotolarda uşaqların zəncirləndiyi əks olunub. Evə baxış keçirən polis iylənmiş çirkli otaqda çarpayı və mebellərə zəncirlə bağlanmış 12 uşaq tapıb. Uşaqlardan kiçiyi 2, böyüyü 29 yaşındadır. Uşaqlar pərişan halda olublar.


CNN-in məlumatına görə, 24 yaşından böyük uşaqlar da yaşlarından kiçik görünüblər. Uşaqlar xəstəxanaya yerləşdirilib. Onların üstündə seksual təzyiq və yaxud işgəncə izinə rast gəlinməyib.


57 yaşlı Devid və 49 yaşlı Luiza uşaqlara qarşı şiddətli davranış səbəbindən həbs olunub və məhkəmə işi başlayıb. 


Uşaqların nənəsi deyib ki, əslində onlara nəzarət üçün bu rahat üsul kimi seçilib. Nənə qeyd edib ki, valideynlər uşaqlarına qarşı diqqətli olub və yeməkləri də normal verilib.


Bayramlarda, özəl günlərdə 13 uşaqla birgə gəzməyə çıxan, istirahətə gedən ər-arvad onları eyni geyindirib, boy cərgəsi ilə sıraya düzürmüşlər. 


Qonşuların ifadəsinə görə, uşaqları demək olar ki, görməyiblər. Amma ildə bir neçə dəfə ailəlikcə gəzməyə çıxanda, uşaqların üzünü solğun və arıq görürmüşlər. 


Cütlüyün yaxınları və ailəsi də uşaqların bu vəziyyətdə saxlanıldığından xəbərsiz olublar. Onlar bu faktdan şoka düşüblər.


"Bu cütlük uşaqları barədə sevgi ilə danışırdılar. Hər şey nağıl kimi görünürdü. Heç bir dəhşətli hal görməmişdik”, - deyə yaxınları polisə ifadələrində qeyd edib.


Məkhəmə sənədlərinə görə, Turpin ailəsi 2011-ci ildən iflasa uğrayıb, ailənin başçısının 240 000 dollar borcu yığılıb. Güman olunur ki, ər-arvad uşaqların geyim, yemək və təhsil xərclərini qarşılaya bilmədiyindən bu qeyri-adi dəhşətli yolu seçib. 

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər