Cabbarov Məmmədovun qudasını işdən çıxardı

Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb.

BakuPost xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, yeni nazir müavininin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər