Cahangir Hacıyevin xanımının 15 milyonluq evi budur - FOTOLAR

896
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı lüks evinin görüntüləri yayılıb.

BakuPost xəbər verir ki, İngiltərə paytaxtında "Harrods” alış-veriş mərkəzinin yaxınlığında yerləşən evin qiyməti 11.5 milyon funt sterlinq (15.13 milyon dollar) qiymətində dəyərləndirilir. 

Təkcə "Harrods”da 10 ildə 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləməsi ilə dünyanın diqqətini çəkən Z. Hacıyeva sözügedən əmlakı 7 il əvvəl alıb. 

Qeyd edək ki, C. Hacıyevin xanımı dünən Londonda həbs edilib. Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir. 

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər