Ru
20:02 / 17 Oktyabr 2017

Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi - 15 şagirdə mükafat verildi/ FOTO

1073

Cəbhəyani bölgələrin orta məktəblərində vətənpərvərlik mövzusunda inşa musabiqəsi təşkil olunub. 


BakuPost.az xəbər verir ki, "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Naxçıvan MR-nin Çərçiboğan kənd məktəbində "Cəbhəyani bölgələrin orta məktəblərində şagirdlər arasında Vətənpərvərlik mövzusunda inşa musabiqəsinin təşkili" layihə çərcivəsində yuxarı sinif şagirdləri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələrini açıqlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin nəticələri açıqlanmadan öncə məktəbin qarşısında şagirdlərin iştirakı ilə toplantı keçirilib. Təşkilatın rəhbəri Samirə Mustafayeva layihənin əas məqsədinin bu günkü gəncliyə vətən sevgisini böyük qürürla daşımağa sövq etmək, sərhədlərimizin bütövlüyünün mühüm əhəmiyyət kəsb etdiyini aşılamaq oldugunu bildirib. 


Çərçiboğan kənd məktəbinin şagirdi olmuş, aprel döyüşlərinin canlı qəhrəmanı Yusif Məmmədov da şagirdlərə keçdiyi döyüş yolundan danışıb. İnşa yazıları üzrə 1,2,3 yerlər üzrə qaliblərə hədiyyələr, diplomlar təqdim olunub. Ümumilikdə inşa yazıları üzrə 15 şagird mükafatlandırılıb.

 

BakuPost
Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi -  15 şagirdə mükafat verildi/ FOTO
Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi -  15 şagirdə mükafat verildi/ FOTO
Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi -  15 şagirdə mükafat verildi/ FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər