Cəlilabadda müəllimlərdən rüşvət istəyən direktorun səs yazısı YAYILDI

Müəllimlərdən rüşvət istəyən məktəb direktorunun səs yazısı yayılıb. Səs yazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb.
 
Modern.az xəbər verir ki, səs yazısından aydın olur ki, bir nəfər müəllimlərdən pul yığılmasını tələb edir.

Məlumata görə, müəllimlərdən pul tələb edən  məktəbin direktoru Lətif  Seyfullayevdir. O, hər müəllimdən 50 manat tələb edir. Sonra rüşvət vermək istəməyən Azad Dadaşov adlı müəllimi isə təhqir edir. Daha sonra bütün müəllimləri "kişiliyiniz çatmır?”,-deyə  təhqir edərək iş yoldaşlarından Azad müəllimin "torbasını tikməyi” tələb edir.

Məktəb müəllimlərinin verdiyi məlumata görə, Lətif  Seyfullayev əvvəllər pedaqoji sahədə çalışmayıb. 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etmədən müəllim təyin edilib. Qısa müddət sonra direktor müavini olan Lətif  Seyfullayev sonradan məktəbə direktor təyin edilib. Bundan əvvəl də direktorun adı bir neçə dəfə bu kimi qalmaqalllarda hallandırılıb.

Mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev 2017-ci ildə ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə 2017-ci ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.
 
BakuPost
 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər