Ru
21:01 / 17 Noyabr 2018

Cəlilabadda narkotacir TUTULDU

3556

Cəlilabad rayonunda axtarışda olan narkotacir saxlanılıb.


BakuPost Report-a istinadən xəbər verir ki, Cəlilabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və 18.08.2017-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1, 234.4.1, 312.1, 206.3.2, 334.4.3-cü maddələri ilə axtarışda olan İqbal Həsənov rayon ərazisində saxlanılıb.


Məlumata görə, İran İslam Respublikasından külli miqdarda narkotik vasitəni qanunsuz şəkildə ölkə ərazisinə gətirərək satışını həyata keçirən İ. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalar davam etdirilir.


Bundan əvvəl Bakıda "bibi” ləqəbli narkotacir saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər