Ru
14:59 / 12 Noyabr 2018

“Cin çıxaran” şəxslərin öldürdüyü gəncin FOTOLARI - TƏFƏRRÜAT

5599
Şabran rayonunda "cin çıxaran” şəxslərin öldürdüyü 25 yaşlı Soltanov Muradın fotoları yayılıb və hadisənin təfərrüatları məlum olub.


BakuPost A24.az-a istinadən xəbər verir ki, mərhum əqli qüsurlu olduğu üçün Bakıdakı evinə tez-tez mollalar gəlib onun üçün dua oxuyurmuş. Hətta Murad bir müddət Maştağadakı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da müalicə edilib.


Daha sonra o, Şabrana gedib. Qohumlarından biri xalq təbabəti ilə müalicə edəcəyini bildirib və tutulan şəxsin yanına aparıb. 6 nəfər M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formalarda müalicə etmək və bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vurub, ona ağır bədən xəsarətlər yetiriblər. Murad bundan sonra həmin şəxsin evində dünyasını dəyişib.


Hal-hazırda 6 nəfər polis tərəfindən saxlanılıb.


Yaxınlarının verdiyi məlumata görə, mərhumun valideynləri bir müddət əvvəl boşanıblar və anası yenidən ailə həyatı qurub. Hadisəni törədən şəxslərin də, məhz anasının ikinci ərinin yaxınları olduğu iddia edilir.


Qeyd edək ki, Bakı şəhər sakini Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar” yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.


Qeyd edək ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə, psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma” müalicə üsulu ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər