Ru
21:28 / 13 Noyabr 2018

- Jurnalistin Ağ Evə girişini qadağan edib CNN Trampı məhkəməyə verdi

2491
CNN teleşirkəti ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib.


BakuPost xəbər verir ki, bu barədə CNN-in saytı məlumat yayıb. Buna səbəb televiziyanın əməkdaşı Cim Akostanın Ağ Evdəki akkreditasiyasının ləğv edilməsidir. 


İddiaçı tərəf hesab edir ki, hökumət rəsmiləri bununla ABŞ Konstitusiyası ilə ölkə vətəndaşının ifadə azadlığı haqqında qanununu pozublar. 


Məhkəməyə verilənlər arasında Ağ Ev Aparatının rəhbəri Con Kelli, mətbuat katibi Sara Sanders, Prezidentin kommunikasiyalar üzrə köməkçisi Bill Şin, məxfi xidmət direktoru Cozef Klansi, adı çəkilməyən məxfi xidmət zabiti də var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər