Ru
19:30 / 11 Dekabr 2017

Cocuq Mərcanlıda hərbi sursat tapıldı- FOTOLAR

1070
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 12 100 (1.21 ha) ərazi tam təmizlənib, 1 ədəd partlamamış hərbi sursat (PQ-7S) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən ANAMA) BakuPost.az-a verilən məlumata görə, əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.


Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatlarında 24 gün ərzində 10 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 4 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 453 980 kv.m (45.40 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 871 446 kv.m (87.14 ha)).


Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

BakuPost
Cocuq Mərcanlıda hərbi sursat tapıldı-   FOTOLAR
Cocuq Mərcanlıda hərbi sursat tapıldı-   FOTOLAR
Cocuq Mərcanlıda hərbi sursat tapıldı-   FOTOLAR
Cocuq Mərcanlıda hərbi sursat tapıldı-   FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər