Ru
23:37 / 14 Noyabr 2018

Daha 3 güləşçimiz dünya çempionatında medal qazandı

1819
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb.


BakuPost xəbər verir ki, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.


Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.


Əvəzində Nuriyev bürünc medal görüşündə Əli Əkbər Heydərini sonuncu xal prinsipinə əsasən üstələyib.


İlk yarış günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər