Daşkəsəndə avtomobil dərəyə aşıb - Sürücü ölüb

819
Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə Daşkəsən - Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu "VAZ-2121" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər