Ru
13:22 / 23 Yanvar 2019

Davosda mühüm görüşlər davam edir

1896
 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.


Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, görüşdə "Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.


Dövlətimizin başçısı "Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.


Söhbət zamanı "Qarabağ”, "Əşrəfi”, "Dan ulduzu” perspektiv layihələri və "Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər