Defisləri bu ünvanlarda bərpa edə bilərsiniz - PULSUZ

Baş Dövlət Yol Polisi İdarəsi dövtlər nömrə nişanlarında pozulmuş defis işarələrinin bərpası üçün heç bir ödəniş tələb etməyəcək.

BakuPost.az xəbər verir ki, barədə avtosfer.az-a açıqlamasında idarənin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, sürücülərin narahat olması üçün hər hansı səbəb yoxdur: "Çünki söhbət nömrənin tam olaraq dəyişdirilməsindən yox, sadəcə həmin işərənin bərpa edilməsindən gedir. Bunun üçün nömrəni dəyişdirmək lazım deyil. Artıq Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıqlar və avadanlıqlar verməklə DYP-nin rayon şöbələrini təlimatlandırıb.
 
Sürücülər bir ay ərzində istənilən rayonun DYP şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, DYP-nin stasionar postlarına, hətta yollarda xidmət aparan bəzi DYP avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bütün əməkdaşlara göstəriş verilib. Hətta yolda da DYP əməkdaşlarına yaxınlaşıb soruşmaq olar. Əgər avtomobildə müvafiq avadanlıqlar varsa, dərhal nömrəni standarta uyğun hala gətirib, sürücüyə təhvil verəcəklər. Artıq bir neçə DYP avtomobilində belə avadanlıqlar var. Əməkdaşlar səliqə ilə həmin defis işarəsini bərpa edə bilirlər. Bir ay ərzində heç bir sürücüyə cərimə yazılmayacaq. Lakin bir aydan sonra buna görə cərimə tətbiq olunacaq".

Kamran Əliyev bildirib ki, nömrədəki defis işarəsinin bərpa edilməsinə görə heç bir ödəniş tələb olunmur: "Pulsuzdur".

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər