Ru
16:50 / 18 Oktyabr 2017

Dəniz Baykalın vəziyyəti ağırdır - Həyati təhlükəsi var

1398
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və millət vəkili  Dəniz Baykalın vəziyyəti ağırdır.


BakuPost.az xəbər verir ki, bu barədə Ankara Universitetinin rektoru professor Erkan İbiş açıqlamasında bildirib. O bildirib ki, millət vəkili reanimasiyadadır və nəfəs aparatına qoşulub. 


Bu gün səhər saatlarında Baykala tomoqrafik müayinə edildiyini bildirən həkim müalicələrin reanimasiya şəraitində davam edəcəyini açıqlayıb.


O, Dəniz Baykalın həyati təhlükəsinin olduğunu da danmayıb: "Biz əvvəldən də dedik ki, həyati təhlükə mövcuddur. Çünki bu, çox ciddi bir durumdur”.

Əməliyyatdan sonra iflic olma riskindən danışan E. İbiş qeyd edib ki, hər şey ola bilər. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər