Dənizkənarı Bulvar İdarəsi fotoqrafları mükafatlandırdı

430
 
Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi "Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Qalibləri peşəkar fotoqraflardan ibarət münsiflər heyəti seçib.

İdarədən BakuPost-a bildirilib ki, müsabiqədə birinci yerə Etibar Cəfərov, ikinci yerə Aleksandr Firstov, üçüncü yerə isə Rauf Umud layiq görülüb. Birinci yerin sahibi 1500, ikinci yerin sahibi 1000, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı verilib. Müsabiqənin "Mobiloqrafiya” nominasiyasının qalibləri isə Selcan Ələsli (birinci yer), Almaz Bağırzadə (ikinci yer) və Kənan Süleymanovdur (üçüncü yer).

Qeyd edək ki, münsiflər heyətinin "Mobiloqrafiya” bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib Dənizkənarı Bulvar İdarəsinin instaqram səhifəsində izləyicilərin səs vermə yolu ilə müəyyənləşib. Bu nominasiya üzrə qaliblərə birinci yer üçün 300, ikinci yer üçün 200, üçüncü yer üçün isə 100 manat pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Fotomüsabiqə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə keçirilib. Müsabiqə Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə reallaşıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər