Ru
01:12 / 20 Yanvar 2018

Diaspor sədri Ukrayna mətbuatında 20 Yanvarla bağlı yazdı - Geniş müzakirə yarandı

887
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov 20 yanvar faciəsi ilə bağlı Ukraynanın tanınmış http://m.gordonua.com xəbər portalında geniş məqalə ilə çıxış edib.

 

"BakuPost" xəbər verir ki, UABD sədri məqaləsində 28 il əvvəl Bakıda baş verən hadisələrlə bu gün Ukraynada baş verənlər arasında paralellik aparıb. 


"Mənim xalqımın tarixində rusiyalı cəzavericilərlə əlaqəli qara səhifənin olmasını çox yaxşı xatırlayıram. Fərq sadəcə ondadır ki, 1990-cı ilin yanvarında onlar Sovet əsgərləri adlandırılırdılar. Onlar dinc əhaliyə eyni qəddarlıqla atəş açırdılar, necə ki, indi rusiyalı muzdlu əsgərlər ukraynalıları öldürür” – deyə, yazan H.Cavadov məqaləsində bəyan edir ki, sırf bu səbəbdən Ukrayna vətəndaşları 1990-cı il 20 yanvar tarixində Bakıda nələrin baş verdiyini bilməlidirlər: "Bəli, bu həqiqətən də zərbə idi - qanlı və qəddarcasına. Sovet rəhbərliyi milli azadlıq hərəkatını boğaraq, azərbaycanlıların "xalqlar həbsxanası”ndan azad olmaq hüququnu əlindən alaraq Azərbaycandakı kommunist rejimi xilas etməyə çalışırdı. Nəticədə Bakıya daxil olan silahlı rus-erməni birlikləri tərəfində müxtəlif millətlərdən, fərqli yaş və cinslərə aid yüzlərlə insan amansızcasına qətlə yetirildi”.


Qeyd edək ki, H.Cavadovun yazısı dərc olunduğu internet portalında geniş müzakirəyə səbəb olub. Azərbaycan, rus, ukraynalı və digər millətlərdən olan oxucular yazıya və 28 il əvvəl Bakıda baş verən hadisələrə münasibətlərini bildiriblər.  


Həmin yazı ilə BURADAN tanış ola bilərsiniz. 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər