Ru
11:57 / 22 Noyabr 2017

- Onu Kəlbəcərə biz göndərdik/ VİDEO Dilqəmin xilas etdiyi qadın

1028

"Dilqəmi Kəlbəcərə biz göndərdik. Dedik ki, gedib kəndimizə, evimizə baş çəksin”. 


BakuPost.az xəbər verir ki, bunu Azvision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun yaxın qohumu Zeynəb Əsgərova deyib.


"Mənim 90 yaşım var. Kəlbəcərin Şaplar kəndindənəm. Dilqəm mənim qohumumdur. O, bizə tez-tez gəlirdi. Bir dəfə evdə oturmuşduq. Birdən ermənilər evimizə od yağdırdılar. Ağlaşamağa başladıq. Dedilər ki, ermənilər gəlir, qaçın. Həmin vaxt Dilqəm gəldi, məni avtomobilə mindirib, kənddən çıxardı. Ağlaya-ağlaya ondan soruşdum ki, Dilqəm, bəs mal-mülkümüz orada qaldı. Dilqəm cavab verdi ki, əsas sizin sağlamlığınızdır. Dilqəm məni ermənilərin əlindən xilas etdi”.


90 yaşlı Z.Əsgərova Dilqəmin yolunu gözlədiklərini söyləyib: "Biz Kəlbəcərdən çıxandan sonra Dilqəmi rahat buraxmadıq. Dedik, get evimizə bax, Gör, bizim ev-eşiyimiz necədir, gör kəndimiz nə vəziyyətdədir? Dilqəm çox qeyrətli oğlandır. O, Kəlbəcərə, kəndimizə ziyarətə getdi. Orada erməni gavurlarının əlinə düşdü. Gavurlar Dilqəmi bizə qaytarmırlar. 3 ildir onun yolunu gözləyirik. Dilqəmi yuxularımızda görürük”.


Sonda Z. Əsgərova D. Əsgərovun girovluqdan azad edilməsi üçün ölkə rəhbərliyinə müraciət edib: "90 yaşlı Azərbaycan qadını kimi sizdən xahiş edirəm ki, Dilqəmin azadlığa qovuşmasına kömək edin”.



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər