Ru
17:45 / 11 Dekabr 2017

“DİN otelləri nikah kağızı istəməyə vadar edir” - Sahibkar nazirliyi suçladı/ VİDEO

7321

"Daxili İşlər
Nazirliyinin yoxlamaları otelləri nikah kağızı tələb etməyə vadar edir”

BakuPost.azxəbər verir ki, bu sözləri Lider TV-də Murad Arifin təqdimatında yayımlanan
"Status” verilişində hotel rəhbəri Ramin Zamanov deyib. O bildirib ki, otel
sahibləri üçün müştərilərin evli olub-olmamasının əhəmiyyəti yoxdur:

"İlk
olaraq onu deyim ki, Azərbaycanda heç bir oteldə xarici vətədaşlardan nikah
kağızı tələb edilmir. Bu problem yerli əhaliyə aiddir. Hotel bir qayda olaraq
müştərilərini qeydiyyata almalıdır. Yəni şəxsiyyət vəsiqəsinin sürətini
çıxarıb, otağı həmin şəxsin adına qeydiyyatdan keçirməlidir. Təəssüf ki, vətəndaşlar
qeydiyyatdan yayınırlar və buna görə, hətta otağın qiymətinin iki qatını verməyə
hazırdılar. Təxminən iki il bundan öncə Azərbaycana belə turist axını yox idi, otellər
bizneslərini ayaqda saxlamaq üçün məcbur olub bu yola gedirdilər. Qeydiyyat demək olar ki, aparılmırdı. Daxili
İşlər Nazirliyi və digər qurumlar yoxlamalar aparanda məlum olurdu ki, nömrələrin
70 faizində qeydiyyat aparılmayıb. Dərhal
tələb edilirdi ki, otaqlar açılsın və yoxlanılsın”.


R.
Zamanov deyib ki, ümumiyyətlə müştəridən şəxsiyyətini təsdiq edən sənəddən
başqa sənəd tələb etmək qanunauyğun deyil:
"Amma yoxlamaların sayı artdıqca, məsələnin
digər tərəfi qabardıldıqca, bununla mübarizə aparmaq üçün artıq otellərdə nikah
sənədi tələb edilməyə başladı. Yoxlamalar hotelləri buna vadar etdi”.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər