Ru
15:54 / 23 Yanvar 2019

“Donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiyaya yerləşdirildi

2420
 


Gürcüstanın Marneuli rayonunda "donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxmuş 3 nəfər xəstəxanada müalicə olunur.


BakuPost Report-a istinadən xəbər verir ki, onlardan ikisi yerli azərbaycanlıdır.


Pasiyentlər reanimasiya şöbəsinə yerləşdiriliblər. Bir azərbaycanlının vəziyyəti ağır, digərininki isə stabil qiymətləndirilir.


Xatırladaq ki, bu günə qədər Gürcüstanda 19 nəfər "donuz qripi”ndən ölüb. Hazırda qonşu ölkənin xəstəxanalarında 750-yə yaxın insan qrip virusundan müalicə olunur. Ölkədə 100 min nəfər sakinə 251 yoluxma halı düşür. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər