“Düşmən ordusunda ölüm halları, intiharlar daim artır”

177
"Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisindədirlər. Çünki onlar bilirlər ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər”.

"BakuPost" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, bu gün ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir. Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər.

"Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”, - deyə polkovnik Şair Ramaldanov vurğulayıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər