Əfqan Muxtarlının xanımı qızı ilə Berlinə köçdü

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.

BakuPost.az xəbər verir ki, bu barədə oktyabrın 12-də "Azadlıq” radiosuna Leyla Mustafayevanın özü bildirib.

Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.

Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyib.

O, bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edib.

Leyla Mustafayeva yaxın vaxtlarda Almaniya hökumətindən sığınacaq istəyəcəyini deyib.

Xatırladaq ki, Gürcüstandanda oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u həbs edilib. 

O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Rəsmi qurumlar bildirilər ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər