Ru
12:34 / 14 Noyabr 2018

Əhməd Əhmədovun qardaşı HƏBS EDİLDİ

11763
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov həbs edilib.

 

BakuPost xəbər verir ki, bu barədə məlumatı azinforum.az saytı yayıb.

 

Bildirilir ki, Əvəz Əhmədov uzun müddətdir, Bakıda yaşayır və biznes fəaliyyətilə məşğul olur. Onun paytaxtın bir neçə yerində müxtəlif profilli ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Əvəz Əhmədovun hansı qurum tərəfindən saxlandığı və hansı cinayət əməlini törətməkdə ittiham edildiyi ilə bağlı hələ ki, heç bir rəsmi məlumat verilməsə də, onun həbs edilməsinə səbəb başqa bir iş adamı ilə aralarında yaranmış pul mübahisəsi ehtimal olunur. Həmçinin qeyd edilir ki, Əvəz Əhmədova  Bakı şəhərində fəaliyyət göstərən obyektlərində külli miqdarda vergidən yayınma ittihamı da irəli sürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər