Ru
11:40 / 27 Noyabr 2017

- Keçmiş nazirin cinayətini açıqlayan generalın son sözü Eldar Mahmudovla bağlı sirlər açıqlanacaq

20218
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinin davamı başlayıb.


BakuPost.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə general Elçin Quliyevin son sözlə çıxış edəcəyi gözlənilir.


Digər təqsirləndirilən polkovnik Azər Mehdiyev də son sözlə çıxış edəcək.

 

Bu gün hakimlər kollegiyasının hökm qəbul etmək üçün müşavirəyə çıxacağı gözlənilir.

 

Hazırda zərərçəkənlər və təqsirləndirilən şəxslərin yaxınları məhkəmə salonuna buraxılıb.

 

Jurnalistlər məhkəməyə buraxılmayıb.

 

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.


Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib.

 

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər