Ru
22:05 / 17 Noyabr 2018

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Milli Şura sədrinin halı pisləşib

3123
Bu gün Şəhidlər Xiyabanında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və bir qrup tərəfdar saxlanılıb.


BakuPost Virtualaz.org-a istinadən xəbər verir ki, Ə.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar.

 

Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.


Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.


Məlumata görə Cəmil Həsənlinin halı pisləşib. 

Əli Kərimli və Cəmil Həsənli saxlanılıb
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər