Ru
22:24 / 22 İyul 2025

İlham Əliyev “işğalla barışmayın” dedi, onu Tiflisə göndərdi – Nə baş verir?

İlham Əliyev “işğalla barışmayın” dedi, onu Tiflisə göndərdi – Nə baş verir?
Eye

Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü daha gur səslə dəstəkləməsi, ukraynalı jurnalistin sualına “işğalla barışmayın” cavabı, bu arada xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri və Tiflisdə gürcü həmkarı Maka Boçorişvili ilə ikitərəfli və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafı mövzularını müzakirə etməsi xeyli müddətdir arxa planda olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatının fəallaşmasını diktə edir. 1990-cı illərin sonunda təsis edilən təşkilat son illər passivləşib. Təşkilatın baş katibliyi Kiyevdə yerləşsə də, il ərzində inteqrasiyanı gücləndirəcək toplantılar keçirilmir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“GUAM-ın 2006-cı il tarixində Kiyevdə keçirilən zirvə toplantısı zamanı təşkilatın adı "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat” kimi dəyişdirilib. Kiyevdəki həmin toplantıda azad iqtisadi zona barədə saziş də imzalanmışdı. 20 ildə bölgədə baş verən müxtəlif hadisələr, hakimiyyət dəyişiklikləri, xarici və təhlükəsizlik siyasətlərində fərqli çalarlar GUAM çərçivəsində qəbul edilən qərarların reallaşmasına mane oldu, inteqrasiya sürətlənmədi. Ancaq bölgədəki son hadisələr fonunda GUAM-ın yenidən fəallığını artırmasının aktuallığı artıb. Rusiya GUAM üzvlərindən Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Azərbaycan və Moldova ilə münasibətlərini xeyli gərginləşdirib, bircə Gürcüstan hökumətiylə münasibətlərində ciddi problemi yoxdur, ancaq bu ölkənin ictimaiyyətinin də Kremlin siyasətinə münasibəti mənfidir. Yəni vaxtilə GUAM-ın yaranmasına səbəb olan amil (Rusiyanın qonşularına qarşı təzyiq siyasəti), üstündən uzun illər keçsə də, yerində qalıb və daha da ağırlaşıb. Fikrimcə, rəsmi Bakı GUAM zirvə toplantısının Azərbaycan paytaxtında keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu, Kremlə də ciddi mesaj olar ki, Azərbaycan və Ukrayna tək deyillər. Belə bir sammit Kiyevlə Tiflis arasındakı münasibətlərdə anlaşmazlıqların ortadan qaldırılmasına da xidmət edər. Bununla rəsmi Bakı iki tərəfdaşının münasibətlərinin normallaşmasında vasitəçi ola bilər”, - politoloq vurğulayıb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar