Elmar Qasımov gürcü rəqibinə uduzdu - Dünya çempionatı ilə vidalaşdı/ YENİLƏNİB

1220
Cüdoçumuz Elmar Qasımov səkkizdəbir finalda gürcüstanlı Varlam Lipartelianiyə məğlub olub.
 
BakuPost xəbər verir ki, o, bununla da dünya çempionatında mübarizəni dayandırıb.

***
11:21

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

BakuPost-un məlumatına görə, 100 kq çəki dərəcəsindəki 28 yaşlı idmançı 1/32 finala təsadüf edən ilk görüşündə isveçli Martin Paçekə 41 saniyəyə ipponla qalib gəlib.
 
1/16 final görüşünə də çıxan E. Qasımov qələbə qazanıb. 100 kq çəki dərəcəsində rəqib monteneqrolu Danilo Pantiç olub. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər