Ru
14:30 / 17 Oktyabr 2017

“Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq” - Qurbanov

786
"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq".


BakuPost.az-ın Trend-ə istinadən məlumatına görə, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.


Q.Qurbanov bildirib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur: "Atletiko"nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.


Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".
“Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq” -  Qurbanov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər