Ən gənc professor sədr seçildi

1194
Bu gün Nərimanov rayon YAP Gənclər Birliyinin sədri, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Fəlsəfə doktoru, Professor Yusif Babanlı ADBTİA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

BakiPost.az Skrom.Net-ə istinadən gənc professorun tərcümeyi-halını təqdim edir:

Babanlı Yusif Məmməd oğlu 1984-cü ilin aprel ayının 9-da Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub.

1990-2001-ci illərdə orta təhsil alıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2001-2008-ci illərdə Azərbaycan Respublikasının idman ustası adını alıb. 2005-2008-ci illərdə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-2011-ci illərdə AzDBTİA-da baş müəllim vəzifəsində işləyib, hal-hazırda kafedranın professorudur.

2009-cu ildən Azərbaycan Boks Federasiyasının İcariyyə Komitəsinin üzvü, təşkilat komitəsinin sədridir. 2010-cu ildən AzDBTİA-da prorektor vəzivəsində işləyir. 2010-cu ildə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi adını alıb.

2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda doktorantura pilləsində təhsil alıb. Pedaqogika üzrə fəlsəfə doktorudur. 2012-ci ilin oktyabr ayından Azərbaycan Mədəniyyət İşçilərin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvüdür. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-nın medalı ilə təltif olunmuşdur, həmçinin dövlət qurumları tərəfindən fəxri fərman və diplomlarla təltif olunub. 2012-ci ildə "Respublika dərəcəli hakim” adını alıb. 60 elmi məqalə, 6 dərslik və 5 metodik vəsaitin müəllifidir, professordur.

Bundan başqa, Yusif Babanlı "HƏMRƏY Gənclərin Maarifləndirilməsine Dəstək İctimai Birliyi”nin qurucu üzvü və Təşkilatın Ümumi Yığıncağının əsas simalarındandır.

 
Bakı Post
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər