Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlıların Ümumxalq Hüzn Gününə biganə qalmayıb.
"BakuPost” xəbər verir ki, o tvitterdəki hesabında 20 Yanvar faciəsində dünyasını dəyişən şəhidlərə rəhmət diləyib.
"28 il öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq”, - deyə ölkə başçısı bildirib.