Ru
19:05 / 19 Oktyabr 2017

Ərdoğanın baş müşaviri istefa verdi

818
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderinin baş müşaviri, millət vəkili Şaban Dişli istefa verib.

 

BakuPost.az APA-ya istinadən məlumatına görə, Ş. Dişli bu il avqustun 30-da partiyanın lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən bu posta təyin edilib.

 

Ancaq Ş. Dişlinin təyinatı Türkiyə cəmiyyətində birmənalı qarşılanmayıb. Çünki Ş. Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli keçən il 15 iyul hərbi çevriliş cəhdinin əsas iştirakçılarından biri olub və hazırda həbsdədir. AKP-nin son qurultayına qədər partiya sədrinin müavini olan Ş. Dişli qurultayda partiyanın mərkəzi idarəetmə orqanlarına namizədlərin siyahısında yer almayıb və sədri müavini postundan istefa verib. Ancaq yenidən AKP sədri seçilən R. T. Ərdoğan gözlənilmədən Ş. Dişlini partiyada baş məsləhətçisi təyin edib. Ş. Dişli istefa ərizəsində yazıb ki, təyinatından sonra həm sosial şəbəkələrdə yer alan fikirlər, həm də AKP-dəki bir çox partiyadaşlarının məsələyə münasibəti onu narahat edib: "Hansı yerdə və vəzifədə oluramsa olum, partiyama və Rəcəb Tayyib Ərdoğana xidmət etməyi özüm üçün şərəf sayıram. Partiyamın və Rəcəb Tayyib Ərdoğanın haqsız yerə hədəf olmaması üçün bu vəzifədən istefa verdim”.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər