Ərdoğanın partiyası da birincidir - YENİLƏNİB

1857
Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 96,1 faizi sayılıb.

BakuPost xəbər verir  ki, sayılan səslərə əsasən, "Cümhur ittifaqı” bloku 53,67%, "Millət ittifaqı” 34,13%, Xalqların Demokratik Partiyası isə (HDP) 11,21 faiz səs toplayıb.

Qeyd edək ki, "Cümhur ittifaqı”na Ədalət və İnkişaf Partiyası və MHP daxildir. Ədalət və İnkişaf Partiyası səslərin ən yüksəyini – 42,47 faizini yığıb.

***

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 79,12 faizi sayılıb.

BakuPost xəbər verir ki, sayılan səslərə əsasən, "Cümhur ittifaqı” bloku 54,88%, "Millət ittifaqı” 33,42%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,48 faiz səs toplayıb.


***

Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərinin də ilkin nəticələri açıqlanıb.

BakuPost xəbər verir ki, səslərin artıq 37,61 faizi sayılıb. Nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası səslərin 47,07 faizini yığıb. Cümhuriyyət Xalq Partiyasına verilən səs faizi 16,38 təşkil edir.

Qeyd edək ki, prezident seçkilərində də səsverməyə hazırki prezident Rəcəb Tayyib Ərdoğan liderlik edir.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər