Ərdoğanla Əliyev Qız Qalasının qarşısında - FOTOLAR

4342
Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qız qalasının qarşısında olublar.

BakuPost xəbər verir ki, dövlət başçıları burada Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı hazırlanan xatirə markasını və zərfi imzalayıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısında parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.
 







ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər