Ru
18:29 / 18 Oktyabr 2017

Erkin Qədirli siyasətdən getdi

2748
Erkin Qədirli siyasi fəaliyyətini başa vurduğunu bəyan edib.


BakuPost.az xəbər veriri ki, bu barədə o özünün feysbuk hifəsində məlumat verib. O bildirib ki, bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur


"Qapalı siyasi sistemlərdə bütün sahələr, bütün peşələr inkişafdan geri qalır. Texniki sahələrin geriliyi yalnız, ya da əsasən maddi olursa, hüquq, siyasət, sosial, təhsil, elm və başqa oxşar sahələrdə geriliyin özəlliyi hər zaman mənəvi olur. Nəticədə, bu peşə sahiblərinin ən iddialı olanları mənəvi fəallığa (moral activism’ə) girişirlər. Mənəvi fəallıq heç də arzulanan bir nəsə deyil. Buradan yalnız iki yol vardır. Ya, insanları daha yaxşı tanıyandan sonra, toplumdan küsürsən, ya da siyasiləşirsən.


Birincilərin topluma heç bir faydası ola bilmir. Onlar ya ölkədən gedirlər, ya da, ölkədə qalmağı seçsələr, xalqı söyürlər. İkincilər, fürsət yaranarsa, uğurlu siyasətçi ola bilərlər, amma öz peşələrinin inkişafına heç bir fayda verə bilməyəcəklər. Niyə? Çünki hüquq, elm, təhsil, sağlamlıq və s. kimi peşələr siyasətdən uzaq olmalıdır.


BDU-da müəllim olduğum illərdə tələbələrimə bunu deyirdim – bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Mən siyasətə girəndən sonra keçmiş tələbələrim mənə bu sözlərimi ara-sıra xatırladırlar, yanaşmamda dəyişikliyin olub-olmadığını soruşurlar. Yanaşmamda heç bir dəyişiklik olmayıb. Sözümün üstündə qalıram. Bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Öz təcrübəmdə bunu çox aydın gördüm. Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir – məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl -da qalıram – dostlara yardım etmək üçün. Amma ReAl’ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam.


P.S. Bugün hüquqçuların bir toplantısında hüquqdan çox uzaq düşdüyümü anladım və dərindən darıxdım. Ona görə də bu paylaşımı yazdım. Ağlınıza başqa bir nəsə gəlməsin. Hər şey yaxşıdır, tələsən yerimiz yoxdur!


P.P.S. Səhifəmdə yazmağı davam edəcəyəm, siyasətə daha çox maarifçi yanaşacağam”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər