Ru
15:09 / 12 Noyabr 2018

Erməni azərbaycanlını güllələdi - Ukraynada

2207
Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.


BakuPost Report-a istinadən xəbər verir ki, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib.


Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb. Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər