Erməni hərbçilər arasında dava - Yaralı və həbs edilənlər var

308
Düşmən ordusunda daha 4 cinayət hadisəsi qeydə alınıb.
 
BakuPost.az azvision.az-a istinadən xəbər verir ki, işğal olunan Ağdərə yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun bölmələrindən birində qarşılıqlı nizamnamə münasibətlərinin pozulmasına görə həbs olunan hərbi qulluqçular David Bağikyan, Aşot Ğantarcan və kiçik çavuş Aşot Gevorkyan barəsində cinayət işi açılıb. Hərbi qulluqçu Zakaryan isə kobud intizam pozuntusuna yol verdiyi üçün həbs edilib.
 
Dava nəticəsində iki erməni hərbçisi xəsarət alıb
 
İşğal altında olan Madagiz yaşayış məntəqəsindəki Ermənistan ordusunun bölmələrindən birində hərbçilər Arutunyan və Danagyan arasında baş verən münaqişə sonradan davaya səbəb olub. Nəticədə hər iki hərbi qulluqçu müxtəlif bədən xəsarətləri alıb.
 
Sosial şəbəkədə paylaşılan başqa bir məlumatda isə deyilir ki, Ağdərə yaşayış məntəqəsində yerləşən işğalçı düşmən ordusunun hərbi qulluqçusu Artyom Sarkisyan feldşer kursuna göndərilib. Lakin orada baş vermiş kütləvi davada iştirak etdiyinə görə kursdan xaric edilərək xidmətini davam etdirmək üçün ön xətt bölmələrindən birinə təyin edilib.
 
Axtarışda olan cinayətkar Ermənistan ordusunda xidmət edirmiş
 
Ermənistan ordusu tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşən düşmən ordusunun hərbi hissələrindən birində qulluq edən hərbçi məzuniyyətdə olarkən polis tərəfindən həbs edilib.
 
Hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan İrəvan şəhərində həbs edilib.
 
Sonradan məlum olub ki, R.Barsamyan hərbi xidmətə çağırılmamışdan əvvəl törətdiyi cinayətə görə polis tərəfindən axtarışda imiş.
 
Ermənistan ordusunun zabiti cinayət məsuliyyətinə cəlb olunub
 
Son vaxtlar ön xətdə döyüş növbətçiliyinin aparılması qaydalarının pozulmasına görə Ermənistan ordusunda cinayət məsuliyyətinə cəlb olunanların da sayı artmaqdadır.
 
Bu günlərdə məlum olub ki, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən düşmən ordusu bölmələrindən birinin zabiti Yervand Xaçatryan həbs edilib. Onun döyüş növbətçiliyinin aparılması qaydalarını pozduğuna görə saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir.
 
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər