Erməni tələbələr aclıq aksiyasına başladı - Əsgər getmək istəmirlər

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.

AzVision.az "news.am” saytına istinadən xəbər verir ki, artıq beş tələbə İrəvan Dövlət Universitetində aclıq aksiyasına başlayıb. 

Aksiyaya qoşulan "Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan deyib ki, tələblərin dördü müddətli həqiqi hərbi xidmətdə olub: "Biz bununla qanun layihəsinə və ictimaiyyətin biganə qalmağına etiraz edirik”.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür İrəvan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər. 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər