Ru
23:38 / 13 Oktyabr 2017

Ermənilərdən Azərbaycana qarşı növbəti təxribat - FOTO

1391
Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda 12-14 oktyabr tarixlərində keçirilən INWETEX-CIS Travel Market sərgisi çərçivəsində erməni separatçıları Azərbaycana qarşı təxribat törədiblər.


BakuPost.az-ın xəbərinə görə, bu barədə məlumatı AzRu.org saytı yayıb.


Belə ki, Ermənistanın stendində Azərbaycanın işğal olunmuş əraziləri separatçıların rəmzi ilə göstərilib. Təşkilatçıların məsələ ilə bağlı heç bir reaksiya verməməsi səbəbindən stend iki gündür ki, işini davam etdirir.


Sankt-Peterburqun "Vətən” cəmiyyətinin rəhbəri Məzahir Həsənov və ictimai xadim Samir Məmmədov sərgini kəskin tənqid edərək, onun keçirildiyi "LENEKSPO” kompleksinin rəhbərliyinə müvafiq müraciət ünvanlayıblar.


Müraciətdə qeyd olunur ki, bu təxribat Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün, işğalçı rejimin təşviqatının  nümunəsidir. Bildirilir ki, separatçıların təxribatı Azərbaycan Respublikasının suvereniteti və ərazi bütövlüyünə qarşı yönəlib və bu, Rusiya Federasiyasının rəsmi mövqeyinə ziddir.


Bildirilir ki, Azərbaycan icmasının nümayəndələri təxribat xarakterli stendin fəaliyyətinin davam etdirməsindən narahatdırlar.

 














BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər