Ru
13:15 / 19 Yanvar 2018

Ermənistan prezidenti yola salınır - Sarkisyanı başqa Sarkisyan əvəzləyəcək

1694
Böyük ehtimalla Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırki dövlət başçısı Serj Sarkisyan bu gün prezident iqamətgahında onu qəbul edərək, ölkənin 4-cü prezidenti olmasını təklif edib.

  

Armen Sarkisyan iş adamı və Ermənistanın Böyük Britaniyadakı səfiri kimi ictimaiyyətə tanınır.

  

Beləliklə, Armen Sarkisyan bu il martın 2-10 aralığında keçiriləcək prezident seçkilərindən hakim Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər