Ermənistanda Paşinyana qarşı etirazlar başladı

2560
Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.
 
BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Binanın önünə yığışan hərbi komissarlıqların əməkdaşları optimallaşma prosesinin ləğvini tələb ediblər.

Baş nazir iqamətgahının yerləşdiyi Baqramyan prospektində taksi sürücüləri isə yolu qismən bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər. Aksiya iştirakçıları lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələrin bağışlanmasını istəyirlər.

Ekspertlərin dediyinə görə, Nikol Paşinyan seçim qarşısında qalıb. Onu hakimiyyətə gətirən xalqın tələblərini yerinə yetirməsə, çətin vəziyyətə düşəcək.
 
 
Etirazçıların hamısı baş nazirin nümayəndələri ilə görüş tələb edirlər.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər