Ermənistanda sensasiyalı həbslər başlayıb - "Marqarin" əməliyyatı

449
Ermənistanda sensasiyalı həbslər başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iki həftə öncə Ermənistanda sensasiyalı həbslər başlayıb və hazırda proses davam edir. 

Lakin Ermənistan milli təhlükəsizlik xidməti bu barədə məlumatı erməni cəmiyyətindən gizlədir. Məlumata görə, Ermənistandan olan bir şirkət illərdir ki, xaricdən marqarin idxal edib və müdafiə nazirliyinə yağ adı altında yüz tonlarla satıb. 

Təhlükəsizlik xidməti araşdırmalar apararaq müəyyən edib ki, bu təşkilat müdafiə nazirliyini aldadaraq milyonlarla dollar məbləği mənimsəyib. 

Hazırda baytarlıq-sanitariya və fitosanitar laboratoriya xidmətləri mərkəzi bir neçə məsul şəxsləri həbs edilib. Qeyd edilir ki, onlar sənədləri bu laboratoriyalarda saxtalaşdırıb marqarini yağ kimi göstəriblər. Dövlət qida təhlükəsizliyi xidmətində çalşan vəzifəli məmur tərəfindən idxal edilən yağ öz laboratoriyasında yağ kimi sertifikatlaşdırılıb. 

Xarici üç laboratoriyalara göndərilən nümunə yoxlanıldıqdan sonra məhsulun yağ yox, marqarin olduğu bir daha təsdiqlənib. Ermənistan müdafiə nazirliyinin bu faktdan xəbərdar olmaması və barmaqlarını bu marqarinlə "yağlamaması” istisna edilmir. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər