Ru
18:14 / 19 Oktyabr 2017

"Ermənistanın yürütdüyü qərəzli savadsızlıq..." - Azərbaycan XİN

934
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı.


BakuPost.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ermənistan xarici işlər naziri E.Nalbədyanın 4-cü Avropa erməniləri konfransında səsləndirdiyi fikirləri ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:


"Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Həmçinin, qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub.


Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyyatı təkrarlamaması və heç olmasa peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı.


Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını, həmçinin erməni diasporunu çaşqın vəziyyətə salır".

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər