Ru
16:57 / 23 Dekabr 2018

Ernan Krespo Bakıda - FOTOLAR

3098
Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib.


BakuPost xəbər verir ki, dekabrın 23-də Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə "İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil edilib.


Muzeyin ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.


Muzey ilə tanış olan E.Krespo, həmçinin "İnter” klubunun Bakıdakı azarkeşləri ilə də görüşüb.


E.Krespo İtaliyanın "Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.


Qeyd edək ki, ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.

 






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər