Ru
17:39 / 23 Noyabr 2017

Əsgərimizin meyiti Ermənistan tərəfdə tapıldı - Hərbi cinayət törədib, qaçıbmış...

1946

Azərbaycanlı
hərbçinin meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında
tapılıb.

BakuPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir
ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən,
05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər
Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan
dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki
qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri
yaxınlığında olduğu müəyyən edilib.

Açılmış
cinayət işi üzrə istintaq davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər