Ru
17:46 / 23 Noyabr 2017

Ətraf mühiti çirkləndirənlərə 82 min manata yaxın cərimə

736
Ətraf mühiti çirkləndirən fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara 81.500 manat cərimə tətbiq edilib.


Daxili İşlər Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədi ilə tədbirləri davam etdirir.


Cari ilin ötən dövrü ərzində keçirilən birgə tədbirlərlə paytaxtın Səbail, Sabunçu, Suraxanı, Xətai, Binəqədi, Xəzər, eyni zamanda, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozmuş 52 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara 81.500 manat cərimə tətbiq edilib.


Göstərilən müddətdə şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozmuş ümumilikdə 713 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər