Ətrafı çirkləndirənlər cərimələndi

998
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Nazirlikdən BakuPost-a verilən məlumata görə, cari ilin iyun ayı ərzində paytaxtın Sabunçu, Xətai, Səbail, Binəqədi, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 211-ci (sanitariya-gigyena və epidemiya əleyhinə rejimlərinin pozulması) maddələrinin tələblərini pozmuş 36 şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 5.550 manat təşkil edib.

Ümumilikdə cari ilin müvafiq dövrü ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 206 fiziki və hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 13.550 manat cərimə tətbiq olunub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər