Ru
11:30 / 16 Yanvar 2018

“Əzabımdan kef alıram” - 30-dan çox filmin rejissoru - VİDEO

2897
"Çöldə yaşam öyüdləri”



Yaradıcı Yönətmən Eltən Qədimbəyli


Yönətmən Azər Kazzımlı


Çölçülərə görə uğurun rəngi göyqurşağıdır. Dadı dəyişkəndir. Hər dəfə fərqli-fərqli dadları kəşf edirsən. Qoxusu cəzbedici və həyəcanlandırıcıdır. Səni öz arxasınca getməyə, ona çatmağa motivə edir. Görüntüsü aldadıcıdır və sehirləyicidir amma bu sənin başını gicəlləndirməməlidir. Ona toxunmaq mümkün deyil, zirvəyə çatdığında ondan sonra daha böyük fəth etməli zirvələrin olduğunu görürsən. "Çöldə yaşam öyüdləri” verilişinin amacı da məhz hər dəfə artıq uğur qazanmış və yeni zirvələr fəth etməyə hazır olan şəxsiyyətlərin uğur hekayələrini dinləməkdi. Verlişin müəllifi və yönətməni Eltən Qədimbəylinin Çölçü Obasında salamladığı müsafiri rejissor Tahir Əliyev (Tahir Tahiroviç) olub.

 

 


Öz yaşıdları arasında dostu sayılacaq qədər az olan rejissorun bir rejissor kimi formalaşmasında onu əhatə edən insanların böyük rol oynadığını deyən Tahir Tahiroviç yaşamının maraqlı anlarını tamaşaçılarla bölüşüb. Verlişin aparıcısının "Hər birimiz çöldən gəldik... Kəndlər, şəhərlər, müqapolislər, "beton cəngəlliklər”i yaratdıq... Həyatımızın təbiətlə olan harmoniyasını pozaraq, mədəniyyət, sivilizasiya dediyimiz süni qəliblər sistemi yaradaraq özümüzü ora həbs etdik... Süni mədəniyyətin, markaların, texnologiyaların yaratdığı lüksun və konfortun köləsi olduq... Yaşam sürətləndikcə, biz tələsirik, yaşamağı unuduruq. Siz bu gün deyirsiz ki, şəhərləri təbiətdən daha çox sevirsiz, siz həqiqətən də doya-doya yaşayırsınızmı? Yoxsa siz də qaça-qaçın içindəsiz?” sualına tanınmış rejissorun özünəməxsus maraqlı cavabı olub. Səfalı təbiət qoynunda, "Çölçü Obası”nın qonağı olan Tahir Tahiroviçin şəhərlər çöldən daha çox önəm verməsinin səbəbi, 30-dan çox fillmin rejissoru olan sənətkarın mütaliə üçün hansı məzmunlu kitablara daha çox üstünlük verdiyi də tamaşaçılar üçün yadda qalan olacaq. Onun "Çöldə yaşam öyüdləri” verilişində danışdığı maraqlı əhvalatlar söhbəti daha səmimi edib. Tahir Əliyevin (Tahir Tahiroviç) kinematoqrafiya, musiqi sənəti haqqında verilişin aparıcısı rejissor Eltən Qədimbəyli ilə bölüşdüyü fikirləri də tamaşaçılar üçün maraqlı olacaq. Çırtıldayan ocaq, ocaqdan qalxan tüstü və bu ocaqda dəmlənən çölçü qəhvəsi "Çöldə yaşam öyüdləri” verilişinə başqa bir rəng verib.




“Əzabımdan kef alıram” - 30-dan çox filmin rejissoru -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər