Ru
17:37 / 16 Oktyabr 2017

“Facebook terrorizm üçün əlverişli meydana çevrilib” – ATƏT-də müzakirə

872
Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT və Avropa Şurasının birgə təşkil etdiyi "İnternet vasitələrinin vəzifə və məsuliyyətləri” adlı beynəlxalq konfrans öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.


Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda internet azadlığından danışıb və maraqlı məqamlara toxunub. Azərbaycanda 98 faiz internet təminatının mövcud olmasını bildirən hüquq müdafiəçisi Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərin istisna olduğunu deyib.


Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə danışan ADİHİ rəhbəri Əhməd Şahidov Google, Facebook və digər meqa şirkətlərin terrorizm və separatizm üçün əlverişli meydana çevrildiyini bildirib: "Burada Google və Facebook şirkətlərinin nümayəndələri əyləşiblər. Onlara bildirmək istəyirəm ki, beynəlxalq terrorizm və separatizmin yayılmasında bu şirkətlərin də üzərinə böyük məsuliyyət düşür. Bir misalı nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Google axtarış sietemində Dağlıq Qarabağla bağlı informasiya axtaranda tamamilə yalnış məlumatlar peyda olur və Google bir çox hallarda Dağlıq Qarabağı rəsmi şəkildə respublika kimi göstərir. Bundan başqa, bir çox radikal qüvvələr məhz Google və Facebook vasitəsilə öz təsir imkanlarını genişləndirirlər. Bu kimi qlobal təhdidlərin qarşısının alınmasında bu meqa şirkətlər daha diqqətli və məsuliyyətli olmalıdırlar.”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər