Ru
12:04 / 13 Dekabr 2017

Fədayə Laçın məhkəmə qarşısında - Azadlığa buraxılmadı/ YENİLƏNİB

4494
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun icraatında olan prosesdə "oğru”ların konvot nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.


"Qafqazinfo”nun verdiyi xəbərə görə, F. Laçın məhkəməyə gətirilib, özü də iclasda iştirak edir. 


Hazırda proses başlayıb.

 

***

12:52 


F.Laçın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.


Jurnalistlərə açıqlama verən Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, məhkəmə vəsatəti təmin etməyib. O bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: "Müvəkkilim istintaqa dəvət ediləndə özü gedib. O, istintaqdan yayınmayıb və gizlənməyib".


Vəkil qeyd edib ki, Fədayə Laçın "Hepatit C" xəstəliyindən əziyət çəkir: "Apellyasiya şikayətimiz təmin edilməsə onun saxlanıldığı təcridxanadan müalicə müəssisəsinə köçürülməsi üçün müraciət edəcəyik".

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Ə.Ağami Şirvan şəhərində həbs edilib, "Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər