Ru
16:08 / 11 Dekabr 2017

Fədayə Laçın məhkəməyə müraciət etdi

1921
Həbsdə olan müğənni Fədayə Laçın məhkəməyə müraciət edib.

 

BakuPost.az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.


Vəkil bildirib ki, F.Laçın istintaq dövründə ev dustaqlığına buraxılmaq istəyir: "Onun səhhətində problemlər var, təcridxana şəraitində müalicələri nəticə verməyəcək. Ona görə də istəyirik ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalsın".


O, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ərizəni bu gün Nəsimi rayon məhkəməsinə təqdim etdiyini deyib: "Yəqin ki, bu həftə işə baxılacaq".


Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər